Yaxşılıq insanlıqdır...

Şirvan şəhəri

Şirvan şəhər İcra Hakimiyyəti, İnayə Xeyriyyə İctimai Birliyi və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə 1 sentyabr 2017-ci il tarixində Şirvan şəhərində Qurban bayramı münasibəti ilə qurbanlar kəsildi. Kəsilən qurbanların bir hissəsi Şirvan şəhərində yaşayan şəhid, məcburi köçkün və imkansız ailələrə paylanıldı. Bir sıra dövlət xadimlərinin də iştirak etdiyi tədbirdə ümumilikdə 1200-dən çox ailəyə qurban əti paylandı.