Yaxşılıq insanlıqdır...

“Qurban Bayramlaşması” süfrəmizdən…

“Qurban Bayramlaşması” süfrəmizdən…
Qurban bayramının ikinci günü sentyabrın 2-i qeydiyyatımızdakı ailələrin və xeyirxah könüllülərimizin iştirakı ilə təşkil etdiyimiz “Qurban bayramlaşması” tədbirimizə İctimai Birliyimizin Sədr Müavini Nəcəf Əliyevin bayram təbrikilə başladıq.Daha sonra əczaçı-ekspert Azər Baxşaliyev öz çıxışında qonaqlarımıza müqəddəs Qurban Bayramından bəhs etdi və bu gözəl gündə bizi yalnız qoymayan könüllülərimizə təşəkkürlərini bildirdi. Tədbirin sonunda ailələrimizə ərzaq paketlərini və qurban ətlərini payladıq. 
Əziz xeyirxah dostlarımız sizlərin dəstəyinizlə 60-a yaxın ailəyə ərzaq paketi hazırladıq.Sizlərə çox təşəkkürlərimizi bildiririk. Bir daha bayramınız mübarək olsun.