Yaxşılıq insanlıqdır...

Aylıq ərzaq yardımı

Birliyimiz fəaliyyətə başladığı gündən davam edən yardımlarımızdan biri də ərzaq yardımıdır. Ərzaq verilən ailələr əsasən ailə başçısını itirmiş, valideynlərdən birinin və ya hər ikisinin əlil olması, baxıma möhtac olan xəstə övladı olan və s.  ailələrdir.  Ərzaq yardımı etdiyimiz ailələr həqiqətən çox ehtiyaclı ailələr olduğundan bu yardımın davamlı olması mütləqdir. Azyaşlı uşaqla və ya   körpə uşaqla  yalnız  qalan analar bu yardım çox vacibdir.

Bu ay üçün olan ərzaq yardımlarımızı etdik. 60-dan çox ailəyə ərzaq yardımı etdik. Bu yolda bizə yoldaş olan xeyirxah dostlarımıza bizimlə birlikdə davam etməyi diləyirik. Sizlərin sevgi və qayğısına ehtiyacı olan daha çox ailələr vardır.  Ərzaq paketlərimizin tərkibi gündəlik ehtiyacımız olan qidalardan ibarətdir.  Ərzaqların alınmasında bizə yardım edənlər xalqın bütün təbəqələrindən olan xeyriyyəçi insanlardır.