Yaxşılıq insanlıqdır...

Təmir layihəsi 1

Ailə çox ağır vəziyyətdə yaşayır. Ev dəmir vaqondan və kiçik bir artırmadan ibarətdir. Vaqonun damı yağışı keçirir, döşəmə da xarab olub. Ailədə 4 nəfər var. Hamısı xəstədir. Ata epilepsiya və şəkərli diabet xəstəsidir. Ürək xəstəliyinə görə  2-ci qrup əlildir. Ananın ayaqlarına və qoluna duz yığılıb, öd kisəsində daş var. Qızı həm epilepsiya həm nevroloji xəstədir və 2-ci qrup əlildir. Oğlu da 2-ci qrup epilepsiya xəstəsidir. Ev  Suraxanı ray, Mərdəkan yolu, Kompressor zavodunun həyətində yerləşir.