Yaxşılıq insanlıqdır...

Təmir layihəsi 2

Ailə Qala (Şüvəlan qəsəbəsi) İldırım küçəsində yaşayır. Ailədə 8 nəfər var. Ata infarkt keçirdiyinə görə ağır iş görə bilmir. Uşaqlar azyaşlıdır. Ən kiçiyinin 1 yaşı var. Müraciət olunduğu gündən istər geyim, istər ərzaq, istərsə də tibbi olaraq edə biləcəyimiz bütün yardımları etmişik. Ailə hal hazırda qonşuların dəstəyilə bir otaq düzəldib orada yaşayır. Yaşadığı otağa bitişik bir otaq da tikiblər. Ancaq üstünü bağlamağa və yaşanacaq hala gətirməyə imkanları yoxdur.