Yaxşılıq insanlıqdır...

"8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edirik.

“8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York ştatında geyim sektorunda çalışan 40000 qadın etiraza başladı. Ancaq, polisin işçilərə hücumu və işçilərin zavoda həbs edilməsi, sonradan çıxan yanğında işçilərin zavodun önündəki əngəlləri aşaraq qaça bilməməsi nəticəsində 120 qadın işçi yanaraq can verdi. Və bugün tarixə "Beynəlxalq Qadınlar Günü" kimi qeyd olundu. Bugünün dəyəri qadınlara alınan hədiyyələrlə deyil, onlara verilən sevgi və hörmətlə ölçülməlidir.
Bugün zəhmətkeş, əməksevər, ailəsi üçün, xalqı üçün əlindən gələni etməyə çalışan qadınların bayramıdır. Tarix boyu Azərbaycan xalqının, ən əsası da qızlarımızın maariflənməsi üçün əlindən gələni əsirgəməyən xeyriyyəçi qadınlarımız olub. Onlar müharibənin acı günlərində xeyriyyə gecələri təşkil edir, şəfqət və mərhəmət aksiyaları keçirir, aclara, kimsəsiz və yetimlərə yardım edirdilər. Sona xanım Tağıyeva, Hənifə Zərdabi, İsmət xanım Aşurbəyli kimi xeyriyyəçi qadınlarımız "Nəşri-Maarif", "Nicat", "Şəfa", "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti" kimi qabaqcıl cəmiyyətlərin meydana gəlməsində rol oynayıblar.
İctimai Birliyimizin hər işində yaxından iştirak edən, bu işlərdə könüllü fəaliyyətlərini əsirgəməyən xanımlarımıza təşəkkür edirik.”
Gülarə Haşımlı

İnayə Xeyriyyə İctimai Birliyi adından bütün xanımlarımızı "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edirik.
Özəl gün münasibətilə qeydiyyatımızda olan ailələrimizi də təbrik edərək, hədiyyələrlə sevindirdik.