Yaxşılıq insanlıqdır...

Haqqımızda

26.12.2014-cü il tarixdə, 1114-Q51-3316 nömrə ilə dövlət qeydiyyatına alınmış "İnayə" xeyriyyə ictimai birliyimiz fəliyyətə başladığı gündən hal-hazıra kimi dövlətimizin yüksək səviyyəli yardım və xeyriyyəçilik fəaliyyətlərinə dəstək vermək məqsədi ilə qanunvericilikdə və Nizamnaməmizdə göstərilən müxtəlif fəaliyyətlərlə məşğuldur. Xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi eyni zamanda ulu öndərimiz Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibətindən qaynaqlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin banisi olduğu modern dövlət modelində əsas istiqamətlərdən biri də qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunması, insanlarda xeyriyyəçilik ruhunun tərbiyə olunmasıdır.

  Biz də, öz növbəmizdə, birliyimizə ehtiyac sahiblərindən daxil olan ərizələri onların ünvanlarına getməklə ciddi şəkildə araşdıraraq ərizəçilərin vəziyyətini müəyyənləşdirir, həqiqi ehtiyacı olanları qeydiyyata alır, birliyin imkanları daxilində onlara maddi və mənəvi dəstəyin verilməsinə başlayırıq.